Startap nədir və necə qurulur?
Startap insanların qarşılaşdığı konkret ehtiyaca fərqli həll gətirmək üçün yaradılan biznesdir. Burada məqsəd sadəcə yeni şirkət açmaq deyil, ortaya çıxarılan məhsul və ya xidməti inkişaf etdirərək daha geniş müştəri kütləsinə çatdırmaqdır. Adi bizneslər çox vaxt artıq özünü doğrultmuş üsullarla işləyir. Startap isə yeni bir yanaşmanı bazarda sınaqdan keçirir.
Menbe.az saytında startapın nə olduğunu, necə qurulduğunu ilə bağlı faydalı məlumatlar əldə edəcəksiniz.
Startap ideyası necə seçilməlidir?
Güclü startap ideyası real tələbdən yaranır. İdeyanı seçərkən potensial müştərilərin hansı çətinliklərlə qarşılaşdığı, mövcud həllərin hansı çatışmazlıqlara sahib olduğu və yeni məhsulun insanlara hansı üstünlüyü verəcəyi araşdırılmalıdır. Rəqiblərin olması ideyanın uğursuz olduğunu göstərmir. Əksinə, bazarda pul ödəyən müştərilərin mövcudluğunu göstərə bilər.
Əsas məsələ rəqiblərdən hansı xüsusiyyətlə fərqlənəcəyinizi müəyyənləşdirməkdir.
Startap qurmaq üçün biznes planı necə hazırlanır?
İdeya müəyyənləşdirildikdən sonra onun işlək biznes modelinə çevrilməsi lazımdır. Biznes planında məhsul və ya xidmətin nə olduğu, hansı problemi həll etdiyi, kimə satılacağı, gəlirin haradan əldə ediləcəyi aydın göstərilməlidir. Bazarın ölçüsü və rəqiblər də araşdırılmalıdır. Məhsula maraq göstərən insanların olması onun üçün pul ödəməyə hazır olduqları mənasına gəlmir. Buna görə startapın gəlir modelini əvvəlcədən düşünmək vacibdir.
Biznes planı investor axtararkən də əhəmiyyət daşıyır. İnvestor yalnız maraqlı ideyaya deyil, həmin ideyanın gəlir gətirmə və böyümə imkanlarına baxır.
Məhsulu böyük sərmayə qoymadan necə sınamaq olar?
Əvvəlcə MVP-minimum işlək məhsul hazırlamaq daha məqsədəuyğundur. MVP məhsulun əsas funksiyalarını təqdim edən sadələşdirilmiş versiyadır. Onun vasitəsilə ideyanın real istifadəçilər tərəfindən necə qarşılandığını yoxlamaq mümkündür.
Böyük onlayn platforma yaratmaq planlaşdırılırsa, ilk mərhələdə yalnız əsas funksiyalar hazırlana bilər. İstifadəçilərin reaksiyaıarı, verdiyi rəylər və məhsuldan istifadə forması araşdırıldıqdan sonra əlavə funksiyalar üzərində işləmək daha düzgün qərarlar verməyə kömək olur.
Startap üçün maliyyə necə tapılır?
Hər startap böyük sərmayə ilə başlamır. Bəzi layihələr təsisçilərin şəxsi vəsaiti hesabına qurula bilər. Lakin məhsulun hazırlanması, komandanın genişləndirilməsi, marketinq və digər xərclər artdıqda əlavə maliyyəyə ehtiyac yarana bilər.
Bu mərhələdə investorlar, vençur kapitalı fondları, inkubasiya və akselerasiya proqramları, qrantlar və digər maliyyələşdirmə imkanları nəzərdən keçirilə bilər. İnvestisiya cəlb etmək üçün yalnız ideyanı təqdim etmək kifayət etmir. Məhsulun hansı problemi həll etdiyi, bazarın ölçüsü, gəlir modeli, rəqiblərdən fərqi və imkanları əsaslandırılmalıdır.
Startap qurarkən hüquqi məsələlər niyə vacibdir?
Şirkətin hüquqi quruluşu, təsisçilərin pay bölgüsü, marka hüquqları, proqram təminatının və digər əqli mülkiyyətin kimə məxsus olması əvvəlcədən dəqiq olmalıdır.
Bir neçə təsisçi varsa, payların bölünməsi, qərarların necə qəbul ediləcəyi, tərəflərdən biri layihədən ayrıldıqda nə baş verəcəyi aydın olmalıdır. İnvestisiya daxil olduqda payların necə dəyişəcəyi yazılı şəkildə razılaşdırılmalıdır. Məxfi məlumatların üçüncü şəxslərlə paylaşılması məsələsində də uyğun müqavilələrdən istifadə edilə bilər.
MENBE.AZ

Bakıda ən yaxşı pediatr kimdir?
Bəzi canlıların qanı mavi rəngdədir
Bakıda ən yaxşı stomatoloqlar kimlərdir?
Yuxuda ilan sancmasının mənası nədir?
Yuxuda maşın almaq nə deməkdir?
Yuxuda ev aldığını görmək nə deməkdir?
İlk Avropa səyahəti üçün hansı şəhərlər daha uyğundur?
Ölülərlə niyə şəkil çəkdirirdillər?
Yuxuda sevgilini görmək nə deməkdir?
Amerikanı ilk onlar KƏŞF EDİB