Telefonun batareyasını ən çox nə zəiflədir?
Telefonun batareyasının əvvəlki kimi enerji saxlamaması hər zaman onun köhnəlməsi ilə bağlı olmur. Telefonu necə şarj etdiyimiz, istifadə zamanı cihazın nə qədər qızması, ekran parametrləri batareyanın vəziyyətinə təsir göstərə bilər. Fərqinə varmadan təkrarladığımız bəzi istifadə vərdişləri də batareyanın tutumunun tədricən azalmasına gətirib çıxarır. Bəs telefonun batareyasını ən çox nə zəiflədir və nələrə diqqət edilməlidir? Menbe.az saytında bu suallara cavab tapacağıq.
Telefonun batareyasını ən çox nə zəiflədir?
Telefon batareyasının əsas düşmənlərindən biri istilikdir. Cihaz şarj edilərkən ağır oyunların açılması, yüksək performans tələb edən proqramlardan istifadə və telefonun həddindən artıq isinməsi batareyaya əlavə yük yaradır. Şarj zamanı yaranan istilik prosessorun yaratdığı istiliklə birləşdikdə batareya hüceyrələrinin daha çox gərginliyə məruz qalmasına səbəb olur.
Batareyanı tez-tez tam boşaltmaq da düzgün deyil. Litium-ion batareyaların şarjını davamlı olaraq sıfıra qədər endirmək batareyanın kimyəvi quruluşuna əlavə yük yaradır. Eyni şəkildə telefonu hər dəfə tam doldurmaq və dolduqdan sonra elektrik mənbəyinə qoşulu saxlamaq da batareyanın tutumunun tədricən azaldır.
Batareyanı tam boşaltmaq düzgündürmü?
Müasir smartfonlarda istifadə edilən litium-ion batareyaları əvvəlki nəsil batareyalar kimi tam boşaltmağa ehtiyac yoxdur. Telefonu şarj faizi sıfıra çatana qədər istifadə edib sonra tam doldurmaq batareyanı qoruyan üsul hesab edilmir.
Əksinə, batareyanın daim ən aşağı və ən yüksək şarj səviyyələri arasında işləməsi onun üzərindəki yükü artıra bilər. Buna görə telefonun enerjisi tam tükənmədən şarja qoşulması daha məqsədəuyğundur.
Telefonu daim 100 faizə qədər doldurmaq batareyanı zəiflədir?
Telefonun 100 faizə çatması batareyanın dərhal zədələnməsi demək deyil. Müasir cihazlarda şarjı idarə edən qoruyucu sistemlər mövcuddur. Ancaq batareyanın tez-tez tam dolu vəziyyətdə saxlanması onun yüksək gərginlik altında qalmasına səbəb ola bilər.
Bir çox telefonda buna görə optimallaşdırılmış şarj funksiyası mövcuddur. Bu funksiya batareyanın lazımsız şəkildə tam dolu saxlanmasının qarşısını almağa kömək edir. Telefonunuzda belə bir seçim varsa, batareya parametrlərindən aktivləşdirmək faydalıdır.
Keyfiyyətsiz şarj cihazı batareyaya zərər verə bilərmi?
Batareyanın sağlamlığına yalnız telefonu necə şarj etdiyiniz deyil, hansı avadanlıqdan istifadə etdiyiniz də təsir edir. Keyfiyyətsiz adapter sabit olmayan elektrik axını yarada və telefonun şarj sisteminə əlavə yük sala bilər.
Cihazın texniki tələblərinə uyğun, etibarlı adapter və kabel seçmək lazımdır. Xüsusilə təhlükəsizlik standartları bilinməyən şarj başlıqlarından uzaq durmaq daha düzgündür.
Ekran batareyanın tez boşalmasına səbəb olurmu?
Smartfonda ən çox enerji istifadə edən hissələrdən biri ekrandır. Parlaqlığın yüksək saxlanması və 120 Hz kimi yüksək yenilənmə tezliyindən istifadə batareyanın daha sürətli boşalmasına səbəb olur.
Ekran parlaqlığını ehtiyacdan artıq artırmamaq enerji sərfiyyatını azaltmağa kömək edir. Yüksək yenilənmə tezliyinə ehtiyac olmadıqda onu aşağı səviyyəyə keçirmək də enerji istifadəsini azaldır. OLED ekranlı telefonlarda qaranlıq interfeys enerji sərfiyyatının azalmasına müəyyən qədər kömək edə bilər.
Telefon batareyasını qorumaq üçün nələrə diqqət etmək lazımdır?
Batareyanın uzunömürlü üçün əsas diqqət cihazın həddindən artıq isinməsinin qarşısını almağa yönəlməlidir. Telefon şarj edilərkən onu ağır oyunlarla və yüksək performans tələb edən proqramlarla yükləməmək, etibarlı şarj avadanlığından istifadə etmək və şarj səviyyəsinin tez-tez tam tükənməsinə imkan verməmək faydalıdır.
Ekranın yüksək parlaqlıqda saxlanması, telefonun qızdığı halda istifadəyə davam edilməsi batareyanın daha tez zəifləməsinə təsir edie. Kiçik istifadə vərdişlərinə diqqət etməklə həm bir şarjla istifadə müddətini artırmaq, həm də batareyanın tutumunu daha yaxşı qorumaq olar.
MENBE.AZ

Bakıda ən yaxşı pediatr kimdir?
Bəzi canlıların qanı mavi rəngdədir
Bakıda ən yaxşı stomatoloqlar kimlərdir?
Yuxuda ilan sancmasının mənası nədir?
Yuxuda maşın almaq nə deməkdir?
Yuxuda ev aldığını görmək nə deməkdir?
İlk Avropa səyahəti üçün hansı şəhərlər daha uyğundur?
Ölülərlə niyə şəkil çəkdirirdillər?
Yuxuda sevgilini görmək nə deməkdir?
Amerikanı ilk onlar KƏŞF EDİB